2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 480 ədəd minik avtomobili istehsal edilib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
“Cari ilin yanvar-fevral aylarında avtomobil istehsalı 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,7 dəfə artıb. 1 mart 2020-ci il tarixinə anbarlarda 172 ədəd minik avtomobili var”, - Komitədən bildirilir.
Azərbaycanda (Neftçala, Gəncə və Naxçıvanda) avtomobil istehsalı üzrə 3 zavod fəaliyyət göstərir. Eyni zamanda, Gəncə avtomobil zavodunda kənd təsərrüfatı texnikası da istehsal olunur. Hazırda avtomobil istehsalı yalnız Neftçala avtomobil zavodunda həyata keçirilir.
Ortamüddətli perspektivdə Azərbaycanda avtomobil istehsalının ildə 5 min ədədə çatdırılması nəzərdə tutulur.
Bundan başqa, yanvar-fevral aylarında Azərbaycanda 50 ədəd müxtəlif təyinatlı traktor istehsal edilib, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 82.6%. 2020-ci il martın 1-nə anbarlarda 336 min ədəd traktor var. **
B.Rüstəmbəyov