Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 200 milyon manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Mərkəzi Bank martın 29-da keçirilən hərracda 200 milyon manat məbləğində vəsait cəlb edib. Hərrac zamanı tələb 200,5 milyon manat, orta ölçülmüş faiz dərəcəsi 6,82% təşkil edib”, - bankdan bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.**
Ə.Məmmədov