“Laric Chemical” şirkəti əl dezinfeksiyaedici vasitə istehsalına başlayıb. Bu barədə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) məlumat verib.
“Yuyucu və təmizləyici məhsulların istehsalı ilə məşğul olan yerli “Laric Chemical” şirkəti tərəfindən istehsal olunan əl dezinfeksiya edici vasitə istehsalına başlayıb. Xüsusilə, artıq şirkət 1 və 5 litrlik qablarda əl dezinfeksiya edici vasitə təqdim edir”, -KOBİA-dan bildirilir.
Bundan başqa, şirkət tərəfindən bu məhsulun 400 və 500 ml qablarda qablaşdırılmasını planlaşdırır.
2017-ci ildən etibarən fəaliyyət göstərən “Laric Chemical” şirkəti dezinfeksiyaedici gelin istehsalına başlamağı planlaşdırır. **
X.Nəsirzadə