Azərbaycanda COVİD-19 koronavirus infeksiyası ilə əlaqədar vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti mayın 31-dək uzadılacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a parlamentdən məlumat verilib.
“Azərbaycanda vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırışın müddəti aprelin 1-dən 30-dək davam edir. Lakin, koronavirusa görə bu müddətin mayın 31-dək uzadılması nəzərdə tutulur. Prezident İlham Əliyevin təşəbbüskarı olduğu müvafiq qanun layihəsi artıq parlamentə təqdim olunub”, - agentliyin həmsöhbəti bildirib.
Parlamentin martın 30-da keçiriləcək plenar iclasında qeyd olunan sənəd müzakirəyə çıxarılacaq. **
A.Əzizov