Azərbaycanda daha 27 nəfərdə COVID-19 koronavirusa yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
“Yoluxanlardan 8 nəfərin vəziyyəti orta ağır qiymətləndirilir. Xüsusi rejimli xəstəxanalarda 190 nəfər müalicə alır”, - məlumatda deyilir.
Beləliklə, Azərbaycanda koronavirusa yoluxanların ümumi sayı 209 nəfərə çatıb. Onlardan 15 nəfər sağalıb, 4 nəfər dünyasını dəyişib. Bu günə 23 nəfərin vəziyyəti ağır, 25 nəfərin – orta ağırdır. **
A.Əzizov