Azərbaycan Mərkəzi Bankı (AMB) bu gün növbəti depozit hərracında 189 milyon manat cəlb edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə AMB-dən məlumat verilib.
“Martın 30-da keçirilən hərraca 200 milyon manat məbləğində vəsait çıxarılsa da, Mərkəzi Bank 189 milyon manat cəlb edib. Hərrac zamanı orta ölçülmüş faiz dərəcəsi 6,96% təşkil edib”, - deyə məlumatda bildirilir.
Vəsaitlər 14 gün müddətinə cəlb edilib.
Xəbər verildiyi kimi, AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlayıb.*
B.Rüstəmbəyov