Avropa Komissiyası "Şərq Tərəfdaşlığı" proqramının üzvü olan ölkələrə yardım proqramı çərçivəsində COVID-19 pandemiyasının sosial-iqtisadi fəsadlarını yumşaltmaq üçün 140 milyon avro məbləğində vəsait ayırır.
Bu barədə Avropa Komissiyasının nümayəndəsi Ana Pisonero bu gün Brüsseldə keçirilən brifinqdə məlumat verib.
“Avropa Komissiyası koronavirus böhranının sosial-iqtisadi fəsadlarının yumşaldılmasına kömək etmək məqsədilə Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova və Ukraynada təxirəsalınmaz ehtiyaclar üçün 140 milyon avro vəsait yönəldir”, – deyə o bildirib.