"PERLİT" MMC Daşkəsən rayonunda Çovdar Filiz Emalı Sahəsində nəzərdə tutulmuş bina və qurğuların tikinti-quraşdırma işləri üzrə “AzerGold» QSC podratçısı olub.
www.tender.gov.az saytının məlumatına görə, "PERLİT" «AzerGold»un keçirdiyi müvafiq tenderin qalibi olub. Şirkət ilə müqavilə imzalanıb.
Müqavilənin dəyəri – 988 min 6.79 manatdır.
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
2019-cu ildə “AzerGold» 55,2 min unsiya qızıl və 103 min unsiya gümüş hasil edib. **
N.Abbasova