2019-cu il ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $4 mlrd. 364,9 mln. təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Mərkəzi Bankdan məlumat verilib.
Xəbər verildiyi kimi, 2018-ci il ərzində Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $6 mlrd. 51,1 mln. təşkil edib. Beləliklə, 2019-cu il ərzində profisit 27,9% azalıb.
2019-cu ildə Azərbaycanda ÜDM $48 mlrd. 47,6 mln. təşkil edib. Beləliklə, cari əməliyyatlar hesabının profisiti ÜDM-nin 9,1%-nə bərabər olub.
Mərkəzi Bankın saytında dərc olunmuş tədiyə balansına əsasən, 2019-cu ildə neft-qaz sektoru üzrə profisit $11,5 mlrd. (azalma 10,7%), qeyri-neft sektoru üzrə kəsir $7,1 mlrd. (artım 4,5%) təşkil edib.
2019-cu ildə bir barrel neftin orta qiyməti $64,4 təşkil edib.
2019-cu ildə xarici ticarət dövriyyəsinin həcmi $31,2 mlrd. təşkil edib və Azərbaycan xarici ticarətdə $8,5 mlrd. məbləğində profisitə malik olub (azalma13,3%). Xarici ticarət dövriyyəsinin 14%-i MDB, 86%-i uzaq xarici ölkələrin payına düşüb.
$19,9 mlrd. həcmində (azalma 4,5%) ixracın strukturunda neft ixracı $13,7 mlrd. (azalma 6%), bilavasitə neft və neft məhsullarının ixrac həcmi $15,4 mlrd., o cümlədən neft ixracı $14,8 mlrd. təşkil edib.
$11,3 mlrd. həcmində (artım 3,5%) idxalın strukturunda $5,3 mlrd. istehlak mallarının, o cümlədən $1,7 mlrd. ərzaq mallarının payına düşüb. 2019-cu ildə ölkəyə $849 mln. dəyərində (bütün idxalın 8%-i) avadanlıq və xüsusi mallar idxal edilib.
2018-ci ildə Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti $6 mlrd. 51,1 mln. təşkil edib ki, bu da 2017-ci illə müqayisədə 3,6 dəfə çoxdur.**
A.Əizizov