Azərbaycan prezidenti İlham Əliyev ölkə vətəndaşlarını COVİD-19 koronavirusa yoluxanların sayının artması fonunda daha məsuliyyətli olmağa çağırıb.
«Dövlət tərəfindən qəbul edilmiş bütün qərarlara və atılmış addımlara baxmayaraq, əfsuslar olsun ki, koronavirusa yoluxma dinamikası artır və bunun əsas səbəbi bəzi vətəndaşların məsuliyyətsizliyidir. Azərbaycan hökuməti öz tərəfindən koronavirusun yayılmasının qarşısını almaq məqsədilə çox iş görüb”, - Əliyev bu gün iqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbyul edərkən bildirib.
Onun sözlərinə görə, dünəın Azərbaycanda 670-dan artıq şəxs koronavirusa yoluxub. “Əgər belə gedərsə, onda gələcək günlərdə və gələcək aylarda bu xəstəliyin daha da geniş vüsət alması qaçılmaz olacaq”, - prezident qeyd edib.
Dövlət başçısı vurğulayıb ki, koronovarirusla mübarizə tədbirləri çərçivəsində Azərbaycan dövləti bütün lazımi tədbirləri görüb, bütün quru sərhədləri bağlandı, karantin rejimi tətbiq edildi, bütün məktəblər, uşaq bağçaları, ali məktəblər, ictimai iaşə obyektləri bağlandı, aviareyslərin sayı kəskin azaldı.
“Xaricdən gələn Azərbaycan vətəndaşları karantinə yerləşdirilir və hazırda 4,5 minə qədər insan karantindədir. Karantin üçün də ən əlverişli şərtlər təqdim olundu, vətəndaşlar 4-5 ulduzlu otellərdə, müxtəlif regionların otellərində, istirahət zonalarında yerləşdirilir. Xəstələrə də şərait yaradılır, ölkəmizin müxtəlif yerlərində 10-dan çox xəstəxana koronavirus xəstələrinin sərəncamındadır”, - dövlət başçısı vurğulayıb.
Prezident Azərbaycan vətəndaşlarını bütrün məhdudiyyətlərə riayət eytməyə çağırıb. “Ona görə mən vətəndaşlardan bir daha məsuliyyət tələb edirəm”, - Əliyev əlavə edib.
Hazırda Azərbaycanda aprelin 20-dək xüsusi karantin rejimi qüvvədədir. **
A.Əzizov