Azərbaycan prezidenti İlham Əliyev “Tibbi sığorta haqqında” qanunda ölkədə icbari tibbi sığortanın tam tətbiq edilmə müddətinin uzadılmasını nəzərdə tutan dəyişiklikləri təsdiq edib.
Dəyişikliklərə əsasən, ölkədə icbari tibbi sığortanın tam şəkildə tətbiqi 2021-ci ilədək təxirə salınıb. Daha əvvəl bu prosesin 2020-ci ilin IV rübündə başa çatdırılması planlaşdırılmışdı.
Özəl və dövlət sektorunda çalışan işçilər, 18 yaşına çatmayan, eləcə də təhsil alan və 23 yaşına çatmayan şəxslər, pensiyaçılar, ünvanlı sosial yardım alan şəxslər, hamilə qadınlar, qaçqınlar, əcnəbi vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər, vergi uçotuna alınan və ya mülki-hüquqi müqavilələr əsasında fəaliyyət göstərən fiziki şəxslər icbari tibbi sığorta üzrə ödənişləri 2021-ci il yanvarın 1-dən həyata keçirəcək. Daha əvvəl icbari sığorta haqlarının 2020-ci il aprelin 1-dən ödənilməsi nəzərdə tutulmuşdu.
2023-cü ildən etibarən minimum əmək haqqının 48%-ni icbari tibbi sığorta haqlarının ödənilməsinə yönəltməli olan digər şəxslər isə ödənişləri 2024-cü il yanvarın 1-dən həyata keçirəcəklər.
Bundan başqa, özəl və qeyri-neft sektorunun nümayəndələri üçün ödənişlər üzrə nəzərdə tutulmuş 50% güzəşt (2020-ci il ərzində 2% əvəzinə 1%) müddəti 2021-ci ilin sonunadək uzadılıb.**
Ə.Məmmədov