Azərbaycan Banklar Assosiasiyası kölgə iqtisadiyyatı ilə mübarizə çərçivəsində kapital və əmlak amnistiyasının baxılmasını təklif edir. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Azərbaycan Banklar Assosiasiyasının təmsilçiləri kölgə iqtisadiyyatının azaldılması və aradan qaldırılması prosesində vacib bir alətin, kapital və əmlak amnistiyasının baxılması vəsatətini qaldırıblar. Biz ümumi paketdə onu da hökumətə və sizin diqqətinizə təqdim edəcəyik”, - Cabbarov bu gün prezident İlham Əliyev ilə görüş zamanı bildirib.
Nazir bildirib ki, 2020-ci ilin birinci rübün yekunları üzrə dövlət vergi xidmətinin xətti ilə Azərbaycan Respublikasının büdcəsinə 200 milyon manat ətrafında proqnozdan artıq yığılmış vəsaitin təmin olunması gözlənilir.
“Bundan başqa, yanvar-mart aylarının yekunları üzrə ünvanlı dövlət sosial müdafiə fonduna 120 milyon manat daha çox vəsait yönəldilib”, - nazir vurğulayıb. **
B.Rüstəmbəyov