1 mart 2020-ci il tarixinə Azərbaycanda banklar tərəfindən 2,658 min ədəd bankomat quraşdırılıb ki, bu da 2019-cu ilin sonuna olan göstəricidən 0,4% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Azərbaycan Mərkəzi Bankından (AMB) məlumat verilib.
Martın 1-nə Bakıda 1,438 min ədəd (hesabat dövründə artım 1,2%), bölgələrdə 1,22 min ədəd (azalma 0,5%) bankomat quraşdırılıb.
2020-ci il martın 1-nə respublika ərazisində ticarət və xidmət obyektlərində quraşdırılan pos-terminalların sayı 70,09 min ədəd təşkil edib ki, bu da ötən ilin sonuna olan göstəricidən 3,9% çoxdur.
Bununla yanaşı, Bakıda 42,706 min ədəd (artım 4,4%), regionlarda 27,384 min ədəd (artım 3,1%) pos-terminal quraşdırılıb.
Pərakəndə ticarət obyektlərində 68,622 min ədəd pos-terminal və ya bütün pos-terminalların 97,9%-i quraşdırılıb.*
Ə.Məmmədov