2020-ci il aprelin 1-nə Azərbaycan Silahlı Qüvvələrinə Yardım Fondunda $64,4 milyondan artıq vəsait toplanıb. Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
“Silahlı Qüvvələrə Yardım Fonduna cari il aprelin 1-dək 109 milyon 288,116 min manat (cari məzənnə ilə $64,2 milyondan çox), 213,578 min ABŞ dolları, 17,566 min avro və 5 min rubl vəsait daxil olub”, - deyə məlumatda bildirilir.
Silahlı Qüvvələrə Yardım Fondu Azərbaycan prezidentinin 2002-ci il tarixli fərmanı ilə yaradılıb.*
X.Nəsirzadə