Azərbaycan Respublikasında 61 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Ölkədə koronavirus infeksiyasına yoluxanların sayı 359 nəfərə çatıb.
“328 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. Onlardan 7 nəfərin vəziyyəti ağır, 17 nəfərin vəziyyəti isə orta ağır qiymətləndirilir. Azərbaycanda müxtəlif karantin zonalarına yerləşdirilən 4,518 min nəfərin müayinəsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir”, - deyə məlumatda bildirilir.
Bu günədək 26 nəfər müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.*
B.Rüstəmbəyov