2020-ci il martın 31-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları $6 milyard 393,8 milyon təşkil edib. Bu barədə AMB-nin saytında məlumat verilir.
2019-cu ilin sonuna AMB-nin valyuta ehtiyatları $6 milyard 258 milyon təşkil edib. Beləliklə, 2020-ci ilin yanvar-mart aylarında Mərkəzi Bankın valyuta ehtiyatları 2,2% artıb.
Mart ayında AMB-nin valyuta ehtiyatları 0,1% və ya $7,1 milyon azalıb.
Xəbər verildiyi kimi, 2019-cu ildə Mərkəzi Bankın valyuta ehtiyatları 11,2% artıb.*
Ə.Məmmədov