Ermənistan silahlı qüvvələrinin bölmələri bu gün Azərbaycanla sərhəddə Qazax rayonunun yaşayış məntəqələrini atəşə tutub. Bu barədə Dövlət Sərhəd Xidmətinin mətbuat xidməti məlumat yayıb.
“Bu gün saat 12:25-dən başlamaqla Qazax rayonunun Məzəm və Quşçu Ayrım kəndləri, kənd yaxınlığındakı sərhəd-döyüş məntəqələrimiz, həmin istiqamətində avtomobil yolu ilə hərəkət edən hərbi və mülki nəqliyyat vasitələri, həmçinin təsərrüfat işləri ilə məşğul olan vətəndaşlar Ermənistanın İcevan rayonunun Kirans kəndi yaxınlığında yerləşən Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən iri çaplı silahlardan və snayper tüfənglərindən intensiv atəşə tutulub, hərəkətdə olan nəqliyyat vasitələrinə xəsarət yetirilib”, – deyə məlumatda bildirilir.
Düşmən təxribatının qarşısı alınıb, Ermənistan silahlı qüvvələrinin döyüş mövqeləri cavab atəşi ilə susdurulub.*
X.Nəsirzadə