Rusiyanın baş naziri Mixail Mişustin və Azərbaycan hökumətinin başçısı Əli Əsədov arasında baş tutmuş telefon danışığı zamanı koronavirusun yayılması təhlükəsi ilə bağlı vəziyyət müzakirə edilib.
"Əsədov Mişustinə Azərbaycan hökumətinin koronavirusla mübarizə istiqamətində həyata keçirdiyi yeni tədbirlər barədə məlumat verib", - deyə RF hökumətinin mətbuat xidmətinin məlumatında bildirilir.
Söhbət zamanı Rusiya və Azərbaycan arasında ticarətdə mal axınının saxlanmasının vacibliyi vurğulanıb. Mişustin və Əsədov, həmçinin ikitərəfli qarşılıqlı fəaliyyət üzrə aktual məsələlər və koronavirusla bağlı vəziyyətlə əlaqədar təmasda olmaq barədə razılığa gəliblər.*