“AT-Geotech” MMC kəşfiyyat buruq-qazma, geotexniki (hidrogeoloji və mühəndisi geoloji) tədqiqatların aparılması və nəticələrin monitorinqi, laborator təhlili və hesabatların hazırlanmasına dair dair “AzerGold” QSC-nin podratçısı olub.
www.tender.gov.az saytının məlumatına görə, “AT-Geotech” “AzerGold”un keçiridiyi müvafiq tenderin qalibi olub. Şirkətlə müqavilə imzalanıb.
Müqavilənin dəyəri 16 milyon 136 109.18min manatdır (cari məzənnə ilə $9 milyon 491,828 min).
“AzerGold” QSC prezident İlham Əliyevin 11 fevral 2015-ci il tarixli fərmanı ilə yaradılıb.
Cəmiyyət Qaradağ, Çovdar, Göydağ, Dağkəsəmən filiz sahələrinin, Köhnəmədən sahəsinin və Kürəkçay hövzəsi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə olunması ilə məşğul olur.
Çovdar filiz emalı sahəsi Daşkəsən rayonunun şimal hissəsində yerləşən, məxsusi və kompleks qızıl yataqları olan bir sahədir. Sahədə Çovdar qızıl yatağı daxil olmaqla, 30 məxsusi qızıl, 20 az sulfidli mis-qızıl, 50 mis-polimetal təzahür və minerallaşma nöqtələri məlumdur.
2019-cu ildə “AzerGold» 55,2 min unsiya qızıl və 103 min unsiya gümüş hasil edib. **
N.Abbasova