Azərbaycanda daha 41 nəfərdə COVİD-19 koronavirus infeksiyası qeydə alınıb. Bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmnmədov məlumat verib.
“Onlardan 8 nəfərin vəziyyəti ağır, 11 nəfərin – orta ağırdır”, - Məmmədov qeyd edib.
Dünən məlumat verilib ki, yoluxanların ümumi sayı 359 nəfər təşkil edir. Beləliklə, yoluxanların ümumi sayı 400 nəfərə çatıb.
Nazirlər Kabinetinin yenilənmiş məlumatına əsasən, müalicə alanların ümumi sayı 369 nəfərədək artıb.
Xəbər verildiyi kimi, 26 nəfər müalicədən sonra sağalaraq evə buraxılıb, beş nəfər vəfat edib. **
A.Əzizov