Azərbaycan 2020-ci ilin yanvar-fevral aylarında $296 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib ki, bu da 2019-cu ilin analoji dövrünün göstəricisindən 5% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən məlumat verilib.
Hesabat dövründə ixracın strukturunda əsas həcm çiyidli pambıq ($29,9 milyon – artım 15,4%), qızıl ($27,3 milyon – artım 35,1%), pomidor ($24,7 milyon – artım 38,8%), təmizlənmiş fındıq ($22,2 milyon – azalma 10,1%), elektrik enerjisi ($17,8 milyon – azalma 41,6%), polipropilen ($14,5 milyon – artım 6,:%), xurma ($14,1 milyon - аzаlma 19,4%), hesablama maşınları və onların bloklarına hissələr ($11,5 milyon – artım 115 dəfə) və polietilenin ($8,3 milyon – azalma 44,7%) payına düşüb.
Hesabat dövründə Azərbaycandan qeyri-neft məhsulları idxal etmiş ölkələrin beşliyinə Rusiya ($88 milyon – artım 7,4%), Türkiyə ($75,3 milyon - artım 18,5%), İsveçrə ($28,8 milyon – artım 39,8%), Gürcüstan ($34,9 milyon – azalma 5,7%) və Çin ($7,6 milyon – artım 20,6%) daxil olub.
Beləliklə, qeyri-neft məhsullarının ixrac həcminin 29,7%-i RF-nin payına düşüb.
2019-cu ildə Azərbaycan $1 milyard 954 milyon məbləğində qeyri-neft məhsulları ixrac edib.
İqtisadiyyat Nazirliyinin qiymətləndirmələrinə görə, 2024-cü ilə qədər Azərbaycanın qeyri-neft məhsullarının ixracı $3 milyard-ı ötəcək.**
X.Nəsirzadə