Azərbaycan bankları istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətlərini bir ay uzadacaq. Bu barədə “İnterfaks-Azərbaycan”a Azərbaycan Banklar Assosiasiyasından (ABA) məlumat verilir.
“Koronavirus infeksiyasının (COVİD-19) dünya ölkələri arasında sürətlə yayılması ilə əlaqədar vəziyyətə uyğun olaraq davamlı yenilənən qərarlarını rəhbər tutaraq və uyğun olaraq bankların filial və şöbələrində vətəndaşlarla banklar arasında fiziki təmasın minimallaşdırılması zərurətini nəzərə alaraq, ABA istifadə müddətləri başa çatmış bütün növ ödəniş kartlarının istifadə müddətlərinin bir ay uzadılmasına dair qərarla banklara müraciət edib”, - ABA-dan qeyd olunur.
İstifadə müddətinin uzadılması bir tərəfli qaydada, yəni bank tərəfindən aparılacaq. ABA-dan bildirilir ki, vətəndaşların bunun üçün banka gəlməsinə ehtiyac olmayacaq. **
Ə.Məmmədov