Çin Azərbaycana COVİD-19 koronavirusun aşkarlanması üçün 5 min test təqdim edib. Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilir.
Cümə günü səhiyyə nazirinin müavini Viktor Qasımov və Çin Xalq Respublikasının Bakıdakı səfiri Qo Min “Çin Xalq Respublikası tərəfindən Azərbaycan Respublikasına COVİD-19 pandemiyası ilə mübarizə üçün tibbi vasitələrin təqdim edilməsinə dair Təhvil -Təslim Aktları” imzalayıblar.
XİN-dən vurğulanır ki, Çin, həmçinin yaxın gələcəkdə Azərbaycana epidemiya əleyhinə maddi yardımın ikinci toplusunu, o cümlədən qeyri-invaziv respirator, qoruyucu geyim və s. təqdim edəcək.
İndiyədək Azərbaycanda 400 nəfərdə koronavirus aşkar olunub. Həmçinin, hazırda 396 nəfər müalicə alır. Bundan başqa, 26 nəfər sağalıb, daha 5 nəfər dünyasını dəyişib.
Ümumilikdə, indiyədək ölkədə 35 minə yaxın test keçirilib. **
A.Əzizov