Azərbaycan Respublikasında 43 yeni koronavirus (COVID-19) infeksiyasına yoluxma faktı qeydə alınıb. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
“Həmin şəxslərdən 7 nəfərin vəziyyəti ağır, 12 nəfərinki orta ağır qiymətləndirilir”, - deyə məlumatda bildirilir.
Hazırkı dövrədək ölkədə 443 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib.
Eyni zamanda, koronavirus infeksiyasına yoluxmuş 6 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə olunaraq sağalıb və evə buraxılıb.
“406 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 4321 nəfər karantin zonalarına yerləşdirilib”, - deyə məlumatda qeyd olunur.
Onlardan 32 nəfəri müalicə olunaraq sağalıb, 5 nəfər vəfat edib.*
B.Rüstəmbəyov