Azərbaycan Sənaye Korporasiyası (ASK) 6 “törəmə” şirkətinin 5 illik strateji planının hazırlanması üçün məsləhətçi seçir.
Seçim açıq tender metodu ilə keçirilir.
Tenderdə iştirak haqqı 750 manatdır.
Tender təklifləri 1 may saat 17:00-dək qəbul olunur. Tender proseduru 5 may saat 15:00-da baş tutacaq.
Prezident İlham Əliyev 6 noyabr 2017-ci il tarixində “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin yaradılması haqqında fərman imzalayıb. “Azərbaycan Sənaye Korporasiyası” dövlət əmlakının idarə edilməsinin səmərəliliyini artırmaq, korporativ idarəetmə prinsiplərinə əsaslanan hesabatlılıq və nəzarət sistemini formalaşdırmaq, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin yaradılmasına və istehsal potensialının dəyər zəncirinin həlqələri üzrə artırılmasına nail olmaq məqsədilə yaradılıb. Cəmiyyətin nizamnamə kapitalı 500 milyon manat təşkil edir.*
B.Rüstəmbəyov