İpoteka və Kredit Zəmanət Fondu (İKZF) daşınmaz əmlak sığortaçısının seçimi üzrə tenderin müddətini uzadıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə fonddan məlumat verilib.
“Təkliflərin qəbulu 5 may 2020-ci ilə qədər uzadılıb. Tender proseduru 6 may saat 10:00-da baş tutacaq", - deyə məlumatda bildirilir.
Tenderdə iştirak haqqı 100 manatdır.
Əlavə məlumat üçün (+99412) 441-24-23 nömrəsinə (daxili nömrə: 203) müraciət etmək mümkündür.
Prezident İlham Əliyev 2017-ci il dekabrın 26-da “Azərbaycan İpoteka Fondu” ASC-nin ləğv edilməsi və İpoteka və Kredit Zəmanət Fondunun yaradılması haqqında fərman imzalayıb. Fondun nizamnamə kapitalı 566 milyon manatdır.*
Ə.Məmmədov