Azərbaycanda koronavirus (COVİD-19) infeksiyasına yoluxmuş iki şəxs vəfat edib. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
Beləliklə, koronavirusdan ölənlərin sayı 7 nəfərə çatıb.
Qərargahın məlumatına görə, vəfat edən şəxslərdən biri (1931-ci il təvəllüdlü) şəkərli diabet xəstəsi olub, digərinin (1956-cı il təvəllüdlü) anamnezində isə ürəyin işemik xəstəliyi, arterial hipertenziya və şəkərli diabet xəstəliyi olub. Onlardan COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxıb.
“Hazırda onların ailə üzvləri və ünsiyyətdə olduğu digər şəxslər müəyyən edilir və karantinə götürülür”, - deyə məlumatda bildirilir.
Hazırkı dövrədək Azərbaycanda 584 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 547 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir, 32 nəfər müalicə olunaraq sağalıb.*
N.Abbasova