Naxçıvan Muxtar Respublikasında 18 nəfərdə COVİD-19 koronavirus qeydə alınıb. Bu barədə MR-nin Səhiyyə Nazirliyi məlumat verir.
Naxçıvanda yoluxan şəxslər barədə məlumat ilk dəfə dərc olunur.
“İndiyədək 630 nəfər test yoxlamalardan keçib. Təkrar testlər zamanı 18 nəfərdə koronavirus aşkarlanıb. Eyni zamanda, bir nəfər sağalaraq evə buraxılıb. Daha 17 nəfərdə COVİD-19 qeydə alınıb. Onların müalicəsi xüsusi rejimli xəstəxanada davam etdirilir”, - məlumatda qeyd olunur.
Naxçıvanda 2896 nəfər karanindədir.
Xəbər verildiyi kimi, Azərbaycan ərazisində 584 nəfər koronavirusa yoluxub. **
Q.Hüseynova