2020-ci ilin aprel-dekabr aylarında ARDNF valyuta hərraclarında təxminən $4 milyard həcmində vəsait satmağı planlaşdırır.
“ARDNF büdcə öhdəliklərinin icra olunması məqsədilə cari ilin sonunadək valyuta hərraclarında təxminən $4 milyard həcmində vəsaitin hərraclar vasitəsilə satışa çıxarmağı planlaşdırır”, - Fondun mətbuat xidmətindən bildirilir.
Xəbər verildiyi kimi, “İnterfaks-Azərbaycan” agentliyinin hesablamalarına əsasən, 2020-ci ilin yanvar-mart aylarında ARDNF valyuta hərraclarında $2 milyard 771,9 milyon məbləgində (ötən ilin analoji dövrü ilə müqayisədə artım 78,6% - İF), martda dünya bazarlarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar xarici valyutaya tələbatın kəskin artması fonunda - $1 milyard 928,3 milyon məbləgində vəsait satıb.
Beləliklə, 2020-ci ildə ARDNF hərraclarda $6,8 milyard məbləğində xarici valyuta satmağı planlaşdırır.
Hazırda ARDNF valyuta hərraclarında valyuta satışının əsas mənbəyi kimi çıxış edir.
Xəbər verildiyi kimi, fond 2019-cu ildə valyuta hərraclarında $6 milyard 593,86 milyon məbləğində xarici valyuta satıb (2018-ci illə müqayisədə artım 2,1% - İF).**
A.Əzizov