Azərbaycan prezidenti İlham Əliyev tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Müəssisənin açılışı Sumqayıt Kimya Sənaye Parkında baş tutub.
Tibbi maska istehsalı “Bakı Tekstil Fabriki” MMC tərəfindən həyata keçiriləcək.
Əvvəl Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov “İnterfaks-Azərbaycan”a məlumat verib ki, müəssisənin maksimum gücü gündəlik 200 min maska təşkil edəcək, lakin ilkin mərhələdə müəssisədə gündəlik 70-80 min maska istehsal olunacaq. **
B.Rüstəmbəyov