Azərbaycanda daha 57 nəfərdə COVİD-19 koronavirus aşkarlanıb. Bu barədə Operativ Qərargahdan məlumat verilir.
Dünən məlumat verilib ki, yoluxanların ümumi sayı 584 nəfər təşkil edir. Beləliklə, ümumi yoluxanların sayı 641 nəfərə çatıb.
Qərargahdan bildirilir ki, 12 nəfər sağalaraq evə buraxılıb.
“Hazırda 590 nəfər xüsusi rejimli xəstəxanalarda müalicə keçir. Onlardan 11 nəfər ağır vəziyyətdədir, 17 nəfərin vəziyyəti orta ağırdır”, - Qərargahdan bildirilir.
Bundan başqa, 44 nəfər sağalıb, 7 nəfər vəfat edib.
Hazırda 4369 nəfər karantindədir. **
B.Rüstəmbəyov