Azərbaycan prezidenti İlham Əliyev bazar ertəsi tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Müəssisənin açılışı Sumqayıt Kimya Sənaye Parkında baş tutub.
Tibbi maska istehsalı “Bakı Tekstil Fabriki” MMC tərəfindən həyata keçiriləcək.
Layihənin dəyəri 3,9 milyon manat təşkil edir (cari məzənnə ilə $2,3 milyon). Müəssisəyə layihənin reasllaşdırılmasına dövlət tərəfindən 1,2 milyon manat güzəştli kredit verilib.
Birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq.
Müəssisədə 30 nəfər çalışır. **
B.Rüstəmbəyov