Azərbaycan koronavirus pandemiyası və neftin qiymətinin ucuzlaşması şəraitində iqtisadi və makroiqtisadi sabitliyin təminatına ən azı 2,5 milyard manat yönəldəcək (cari məzənnə ilə $1,47 milyard). Bunu prezident İlham Əliyev deyib.
“Koronavirus xəstəliyi dünya iqtisadiyyatına böyük problem yaratdı, bunu artıq dünyanın aparıcı maliyyə qurumlarının rəhbərləri qeyd edirlər. O cümlədən Beynəlxalq Valyuta Fondu artıq qeyd edib ki, koronavirusun yaradacağı böhran 2008-2009–cu illərin böhranından daha ağır olacaq. Azərbaycana gəldikdə, üstəgəl neftin qiyməti demək olar ki, iki dəfədən çox düşmüşdür, - koronavirus xəstəliyi bir çox iqtisadi və xidmət sahələrinə mənfi təsir göstərir, ancaq buna baxmayaraq, o sahələrdə çalışan insanların problemləri nəzərə alınıb”, - Əliyev bazar ertəsi bəyan edib. Dövlət başçısının saytı prezidentin sözlərindən itat gətirir.
Əliyev qeyd edib ki, onun göstərişi ilə yaradılmış dörd işçi qrupu öz işinin böyük hissəsini yekunlaşdırıb. Nazirlər Kabineti artıq Tədbirlər Planını təsdiq edib.
“İlkin mərhələdə nəzərdə tutulurdu ki, bu məqsədlər üçün təqribən 1 milyard manat vəsait ayrılsın. Ancaq sonra əlavə hesablamalar bunun kifayət etməyəcəyini göstərdi və ən azı 2,5 milyard manat ayrılacaq ki, Azərbaycanda həm iqtisadi sabitlik təmin edilsin, məşğulluqla bağlı problemlər öz həllini tapsın və həm də bizim makroiqtisadi və maliyyə vəziyyətimiz sabit olsun”, - prezident bəyan edib.
O qeyd edib ki, Azərbaycanda koronavirusdan daha çox 600 min vətəndaş və fərdi sahibkar zərər görəcək, çünki iş yerləri bağlanıb.
Həmçinin, prezident bu dövrdə sahibkarklar tərəfindən personalın ixtisarının qəbuledilməz olduğunu qeyd edib və biznesin zərərinin minimuma endirilməsi məqsədilə dəstəyin vacibliyini vurğulayıb.
“Azərbaycan 600 min işçini, o cümlədən fərdi sahibkarı dövlət hesabına maliyyələşdirəcək. Onların əməkhaqlarının əhəmiyyətli hissəsini dövlət öz üzərinə götürüb və artıq bu ödəmələr başlayır. O cümlədən tələbələrin problemləri, işsizlərə verilən müavinətin həcmi - bütün bunlar nəzərə alınır və 2,5 milyard manat bu məqsədlər üçün nəzərdə tutulub”, - Əliyev bildirib. **
N.Abbasova