Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində koronavirusa (COVID-19) ilk yoluxma halı qeydə alınıb, koronavirusa yoluxmuş şəxsin 17 həmkəndlisi karantinə göndərilib. Bu barədə Ermənistanın Səhiyyə Nazirliyi məlumat yayıb.
“Dünən göndərilmiş iki testin nəticələri bu gün əldə edilib. Onlardan birinin nəticəsi müsbət olub. Pasiyent aprelin 2-də Ermənistandan qayıdıb. Hazırda onun yaşadığı Mirik kəndində 17 nəfər təcrid edilib”, - deyə məlumatda bildirilir.*