2019-cu ilin yekunları üzrə “AtaSığorta” şirkətinin xalis mənfəəti 663,215 min manat təşkil edib. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə şirkətdən məlumat verilib.
Xəbər verildiyi kimi, “AtaSığorta” 2018-ci ili 7 milyon 76 min 578,47 manat məbləğində xalis zərərlə başa vurub.
Şirkətin dərc edilmiş maliyyə hesabatına əsasən, hesabat ilində onun gəlirləri 26 milyon 381 min 26,82 manat, sığorta haqları 18 milyon 47,691 min manat (2018-ci illə müqayisədə azalma 18,6% - İF), təkrar sığorta üçün alınan sığorta haqları 15,373 min manat, investisiya gəlirləri 2 milyon 1,597 min manat təşkil edib, qalan gəlirlər isə digər maddələr üzrə əldə olunub.
2019-cu ildə “AtaSığorta”nın xərcləri 25 milyon 698 min 464,8 manat, o cümlədən sığorta ödənişlərinin həcmi 14 milyon 627,784 min manat (artım 37,9%), sığorta işinin aparılması xərcləri 9 milyon 365,323 min manat, təkrar sığortaya verilən risklər 1 milyon 233,909 min manat təşkil edib, qalan xərclər digər maddələrin payına düşüb.
2019-cu ildə şirkətin vergi ödənilənədək mənfəəti 682 min 562,02 manat təşkil edib. “AtaSığorta” ötən il 19 min 346,96 manat mənfəət vergisi ödəyib.
2019-cu ildə şirkətin aktivləri 14,3% - 24 milyon 360,409 min manatadək, öhdəlikləri 24,4% - 14 milyon 590,05 min manatadək azalıb, kapitalı isə 7,3% - 9 milyon 770,359 min manatadək artıb.
Hesabat ilində şirkətin nizamnamə kapitalı 14,6 milyon manat səviyyəsində qalıb.
2019-cu ildə şirkətin banklarda yerləşdirilən depozitlərinin həcmi 55,5% - 5,89 milyon manatadək azalıb.
“AtaSığorta” şirkəti 2004-cü ilin sentyabr ayında fəaliyyət üçün lisenziya alıb və Azərbaycanın 15 aparıcı sığorta şirkətindən biridir.*
Ə.Məmmədov