Prezident İlham Əliyev respublikada 1,2 min çarpayılıq modul tipli 6 xəstəxananın quraşdırılması haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, koronavirus pandemiyasına qarşı mübarizə sahəsində ölkədə həyata keçirilən səhiyyə tədbirləri çərçivəsində tibb müəssisələrinə və tibbi avadanlığa artan tələbatın qarşılanması və infeksiyaya yoluxmuş xəstələrin müalicəsinin səmərəli təşkili məqsədilə Maliyyə Nazirliyinə 14,8 milyon manat ($8,7 milyon) ayrılır.
Vəsait 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş dövlət əsaslı vəsait qoyuluşu çərçivəsində ayrılacaq.
Müvafiq sərəncam bu gün dövlət başçısının saytında dərc olunub.
Son məlumatlara görə, Azərbaycanda 717 nəfər koronavirusa yoluxub. Hazırda 665 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 44 nəfər müalicə olunaraq sağalıb, 8 nəfər vəfat edib.*
B.Rüstəmbəyov