Bakı Nəqliyyat Agentliyi (BNA)parklanma infrastrukturunun yaradılması üzrə məsləhətçi seçiminə dair tender elan edib. Bu barədə agentliyin elanında deyilir.
Məsləhətçinin vəzifələrinə daxildir: parklanma sahələrinin ümumi qiymət siyasətinin araşdırılması, müəyyən edilməsi və iqtisadi əsaslandırılması, yoldan kənar parklanma sahələrinin analiz edilməsi, infrastrukturun qurulması üçün məsləhət və parklanma yerlərinin idarəedilməsi üzrə auditi xidməti.
Tenderdə iştirak haqqı – 1 min manatdır.
Tender təklifləri mayın 7-dək qəbul olunur, təkliflərin açılması mayın 8-də baş tutacaq.
Bakı Nəqliyyat Agentliyi Azərbaycan prezidentinin 21 dekabr 2015-ci il tarixli Fərmanı ilə yaradılıb. Agentliyin fəaliyyətinin əsas məqsədi Bakı şəhərinin inzibati ərazisində nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz, fasiləsiz və rahat hərəkətini təmin etməkdir.**
B.Rüstəmbəyov