Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi avtomobillərin təchizatçısı qismində “Azərmaş” Məhdud Məsuliyyətli Cəmiyyəti cəlb edib.
www.etender.gov.az saytının məlumatına görə, nazirlik “Azərmaş” zavodu ilə
164 ədəd “Khazar LX” markalı minik avtomobillərinin satın alınmasına dair müqavilə imzalayıb.
Müqavilənin dəyəri – 1 milyon 999,980 min manatdır.
Xəbər verildiyi kimi, “Azərmaş” zavodunun rəsmi açılış mərasimi 2018-ci il mart ayının sonunda baş tutub. Zavodun təsisçiləri “Iran Khodro” (İran) və “AzEuroCar” (Azərbaycan) şirkətləridir. Zavod Neftçala Sənaye Məhəlləsində fəaliyyət göstərir. Zavodda istehsal olunan bütün avtomobillər “Avro-5” standartlarına uyğundur.
I mərhələdə müəssisənin yaradılmasına $15 mln. sərmayə qoyulub. **
X.Nəsirzadə