Dövlət Gömrük Komitəsi (DGK) 2020-ci ilin yanvar-mart aylarında ayında dövlət büdcəsinə 991 milyon 23,4 min manat məbləğində vergi və rüsum köçürüb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə DGK-dan məlumat verilib.
Xəbər verildiyi kimi, 2019-cu ilin yanvar-mart aylarında DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələrin həcmi 1 milyard 14,07 milyon manat təşkil edib. Beləliklə, bu ilin yanvar-mart aylarında dövlət büdcəsinə köçürmələrin həcmi 0,9% azalıb.
Hesabat dövründə dövlət büdcəsinə ƏDV üzrə daxilolmalar 691 milyon 222,1 min manat, aksizlər üzrə 31 milyon 365,5 min manat, yol vergisi üzrə 10 milyon 627,9 min manat təşkil edib.
Bundan başqa, hesabat dövründə gömrük rüsumları üzrə köçürmələr 257 milyon 807,9 min manat məbləğində olub.
2020-ci ildə DGK-nın xətti ilə dövlət büdcəsinə köçürmələr üzrə plan 4 milyard manat məbləğində müəyyən edilib.**
B.Rüstəmbəyov