Azərbaycanda daha 105 nəfərdə COVİD-19 koronavirus qeydə alınıb. Bu barədə Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov məlumat verib.
“Bu gün Azərbaycanda daha 105 nəfərdə COVİD-19-a yoluxma faktı qeydə alınıb. Bu, virusun yüksələn xəttlə yayılmasından xəbər verir”, - Məmmədov bu gün Operativ Qərargahın brifinqində bildirib.
Dünən məlumat verilib ki, yoluxanların ümumi sayı 717 nəfərdir. Beləliklə, yoluxanların ümumi sayı 822 nəfərə çatıb. **
N.Abbasova