Gələcəkdə koronavirusun yayılacağı halda Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadıla və sərtləşdirilə bilər. Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.
Son sutka ərzində daha 105 nəfərdə COVİD-19 koronavirus qeydə alınıb, bu da gündəlik rekord göstəricidir. Yoluxanların ümumi sayı 822 nəfərə çatıb. “Əgər yoluxanların sayı artarsa, o zaman xüsusi karantin rejiminin müddəti uzadıla bilər. Bundan başqa, əgər hazırki tədbirlər nəticə verməsə, daha da sərtləşdirilə bilər”, - Məmmədov bu gün brifinqdə bildirib.
Onun sözlərinə görə, vətəndaşlar küçəyə çıxmaq məqsədilə saxta icazələrdən istifadə edirlər.
Aprelin 20-dək Azərbaycanda xüsusi karantin rejimi tətbiq olunur. Bu rejim çərçivəsində əhalinin küçəyə çıxması mühüm dərəcədə məhdudlaşdırılıb. **
X.Nəsirzadə