Azərbaycanda üç aylıq müddətə ərzaq ehtiyatı var. Bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov deyib.
“Azərbaycanda üç aylıq ərzaq ehtiyatı var, bundan başqa, özümüzü daha 6 ay müdətinə sığortalamışıq (təchizatla əlaqədar - İF)”, - Məmmədov bu gün brifinqdə bildirib.
Öz növbəsində, Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev qeyd edib ki, hökumət müxtəlif ölkələrdən Azərbaycan vətəndaşlarının Vətənə gətirilməsi tədbirlərini davam etdirir.
“İndiyədək təxminən 15 min vətəndaş gətirilib”, - Hacıyev bildirib. **
B.Rüstəmbəyov