Azərbaycan prezidenti İlham Əliyev “Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində İnnovasiyalar Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmana dəyişiklik edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Dəyişikliyə əsasən, İnnovasiyalar Agentliyinin nizamnamə fondunun məbləği 500 min manatdan 954,008 min manatadək artırılıb.
İnnovasiyalar Agentliyi prezident İlham Əliyevin fərmanı ilə 2018-ci ilin noyabr ayında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində olan İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondunun və “Yüksək Texnologiyalar Parkı” MMC-nin əsasında yaradılıb. **
B.Rüstəmbəyov