Milli Məclisin bu gün keçirilən plenar iclasında Elman Rüstəmovun Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin üzvü kimi səlahiyyət müddəti uzadılıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinin parlament müxbiri xəbər verir.
E.Rüstəmovun namizədliyi Milli Məclisə prezident İlham Əliyev tərəfindən təqdim edilib.
E.Rüstəmovun səlahiyyət müddətinin uzadılmasını 91 deputat dəstəkləyib, 1 deputat əleyhinə səs verib, 1 deputat isə bitərəf olub.
E.Rüstəmov 1992-ci ilin dekabr ayından AMB-də işləyir. O, ilk dəfə 1995-ci ildə 5 il müddətinə Mərkəzi Bankın İdarə Heyətinin sədri təyin edilib, 2000, 2005, 2010 və 2015-ci illərdə isə yenidən bu vəzifəyə seçilib.
Qanunvericiliyə əsasən, İdarə Heyətinin sədri parlamentin təsdiq etdiyi AMB üzvləri tərəfindən seçilir.*
Ə.Məmmədov