“PROKON Construction and Engineering” şirkəti “LukOil Nijeqorodneftorqsintez” müəssisəsinin əsaslı təmiri üçün müqavilə imzalayıb.
“Müqavilə çərçivəsində PROKON şirkəti 2020-2022-ci illərdə “LukOil Nijeqorodneftorqsintez” müəssisəsində dayanma və yenidənqurma işləri aparılan müddət çərçivəsində mexaniki-montaj işlərini həyata keçirəcək. İlk planlaşdırılmış dayanma 2020-ci ilin aprel və may aylarında baş tutacaq və şirkət 60 gün ərzində boru materialının demontaj işlərini aparacaq və WDI borular quraşdıracaq”, - deyə şirkətin məlumatında bildirilir.
Layihəyə cəlb olunan işçi heyətinin 40%-i Azərbaycan vətəndaşlarıdır.
“LukOil Nujneqorodneftorqsintez” 2020-2022-ci illərdəki növbəti əsaslı təmir işləri haqqında PROKON şirkətinə müqaviləyə əlavələr vasitəsilə ətraflı məlumat təqdim edəcək.
“Fəaliyyətini genişləndirən PROKON 2019-cu ildə Rusiyada “Prokon Construction and Engineering” şirkətini yaratıb. Bu müqavilə bazarda oturuşma və bazarın öyrənilməsi baxımından atılmış böyük bir addımdır”, – deyə “Prokon Construction and Engineering” şirkətinin baş direktoru Özgür Karan bildirib.
PROKON şirkəti Böyük Britaniyada qeydiyyatdan keçmiş “Nobel Oil Services” şirkətinin tikinti və layihələrin idarə edilməsi üzrə törəmə müəssisəsi olaraq 2012-ci ildə Azərbaycanda yaradılıb.*
A.Əzizov