Azərbaycan Mərkəzi Bankı (AMB) xüsusi karantin rejimi dövründə bank kreditləri üzrə faizlərin hesablanmasının dondurulması mümkünlüyünü nəzərdən keçirə bilər. Bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov deyib.
“Hazırda bank kreditləri ilə bağlı işlər gedir. Yaxın vaxtlarda bu məsələ ilə bağlı addımlarımızı açıqlayacağıq”, - deyə o, parlamentin bu gün keçirilən plenar iclasında deputatların sualına cavab verərkən bildirib.
İclasda deputat Aydın Mirzəzadə ölkədə tətbiq olunan sərt sosial izolyasiya tədbirləri ilə əlaqədar əhalinin bank kreditləri üzrə faiz hesablanmasının dondurulması ilə bağlı məsələ qaldırıb.*
Ə.Məmmədov