Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə bazarında avtomatlaşdırılmış vahid nəzarət və monitorinq sisteminin yaradılması ilə bağlı tender elan edib. Bu barədə bankın tender elanında deyilir.
Tenderdə iştirak haqqı 500 manatdır.
Tender təklifləri 22 may tarixinədək qəbul olunur. Tender proseduru mayın 27-də AMB-nin inzibati binasında keçiriləcək.
Qalib tərəfindən sistem müqavilənin imzalandığı gündən etibarən 2 il ərzində hazırlanmalıdır.
2019-cu ilin noyabr ayında AMB-yə Azərbaycanın maliyyə bazarında tənzimləyici funksiyaları verilib.*
Ə.Məmmədov