Avropa Komissiyası koronavirus (COVID-19) pandemiyası ilə mübarizə üçün Azərbaycana 14 milyon avro məbləğində maliyyə yardımı göstərəcək. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Avropa İttifaqının Bakı nümayəndəliyindən məlumat verilib.
“Bu vəsait “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrə dəstək tədbirləri çərçivəsində ayrılacaq və Azərbaycanın koronavirus pandemiyası ilə mübarizədə təxirəsalınmaz və qısamüddətli ehtiyacları üçün istifadə olunacaq”, - deyə məlumatda qeyd olunur.
Xüsusilə bu vəsaitə fərdi müdafiə vasitələrinin istehsalı üçün avadanlıqlar alınacaq. Bu avadanlıqlar Gəncə, Mingəçevir, Cəlilabad, Qax və İsmayıllıda peşə təhsili və təlimi məktəblərində quraşdırılacaq.*
A.Əzizov