Aprel ayının ilk ongünlüyündə Azərbaycanda ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 13,5% artıb. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib.
“Respublikada ünvanlı dövlət sosial yardımı alan ailələrin sayı 13,5% artıb. Əgər martın 30-na belə ailələrin sayı 69 min idisə, aprelin 9-na bu rəqəm 78,3 minə (330 min nəfər) çatıb”, - deyə nazirliyin rəsmi Facebook səhifəsində verilən məlumatda bildirilir.
Hər ailəyə düşən yardımın məbləği 222 manatdır.*
X.Nəsirzadə