Prezident İlham Əliyev bu gün koronavirus pandemiyası ilə mübarizə çərçivəsində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 milyon manat ($57,05 milyon) məbləğində vəsaitin ayrılması haqqında sərəncam imzalayıb.
Sərəncamın mətni dövlət başçısının saytında dərc olunub.
Bu vəsait Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ayrılacaq və zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükünə yönəldiləcək.
Hazırkı dövrədək Azərbaycanda 926 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. 816 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir. 101 nəfər müalicə olunaraq sağalıb, 9 nəfər vəfat edib.*
X.Nəsirzadə